Peyğəmbərlərin qissələri
- Hz. İbrahimin həyatı
- Hz. Süleyman və Səba məlikəsi
- Lut qövmü və alt-üst olan şəhər
- Nuh tufanı
- Səmud qövmü
Quran möcüzələri
Xalqların həlakı

“Lut qövmü də təhdidləri yalan saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik, yalnız Lutun ailəsini səhər çağı xilas etdik. Dərgahımızdan bir lütf olaraq! Biz şükr edəni belə mükafatlandırırıq! And olsun ki, onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə şübhə edib inanmamışdılar” (“Qəmər” surəsi, /33-36).
Lut peyğəmbər İbrahim peyğəmbərlə bir dövrdə yaşayıb. Tövrata görə, Lut İbrahimin qardaşı oğlu idi və hətta onu uzun səyahətlərdən birində müşayiət edirdi.
Lut İbrahimə qonşu xalqlardan birinə peyğəmbər olaraq göndərilmişdi. Quran bu xalqın etdiyi iyrəncliklərdən və pozğunluqlardan bəhs edir, kişilər arasında indiyə qədər görünməmiş pozğunluq - homoseksualizm çiçəkləyirdi. Lut onları Allahın xoşuna gəlməyən bu eyibdən əl çəkməyə çağırdı və Allah-Təalanın müqəddəs çağırışı ilə onlara müraciət etdi, sakinlər isə köhnə həyat tərzini üstün tutdu və Lutun peyğəmbərliyinə fikir verməyib ondan imtina etdilər. Ancaq Allahın qəzəbi özünü çox gözlətmədi və şəhər sakinləri qorxunc təbii fəlakətlə məhv edildilər.

Əhdi-ətiqə görə, Lut peyğəmbər Sodom şəhərində yaşayırdı. Arxeoloji tədqiqatlar bu şəhərin indiki İordaniya-İsrail sərhəddi ilə uzanan Duzlu gölün (Ölü dənizin) yaxınlığında yerləşdiyini göstərdi. Həmçinin aydın oldu ki, Qırmızı dənizdən şimal tərəfdə yaşayan xalqın qırılmasının səbəbi məhz Quranda göstərilənlərdir.
Lut xalqının başına gəlmiş cəzadan danışmazdan əvvəl Allah-Təalanın bu cür sərt qərarının səbəbini izah edən Quran ayələrini gətirək. Lut peyğəmbərin yolunu azmış xalqa yönəlmiş nəsihətləri:
“Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!” Onlar dedilər: “Ey Lut! Əgər bu sözlərinə, son qoymasan, mütləq qovulacaqsan!”Lut dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!” (“Şuəra” surəsi, 26/160-168).
Xalq Lutun tövbə etməyə və düzgün yola çağırışına hədə ilə cavab verdi. İnsanlar Luta haqq yolunu göstərdiyinə görə nifrət edirdilər və onu möminlərlə bərabər qovmaq qərarına gəldilər. Bu haqda Quran ayələrində belə deyilir:
                              “Lutu  da peyğəmbər göndərdik.  Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin  etmədiyi həyasızlıqı sizmi edəcəksiniz?  Siz qadınları atıb şəhvətlə  kişilərin üstünə gəlirsiniz.  Siz, doğrudan da, həddi  aşmış bir tayfasınız!” Lut tayfasının cavabı: “Onları məmləkətinizdən  çıxarın, çünki onlar təmiz  adamlardır!” - deməkdən başqa bir şey olmamışdı” (“Əraf” surəsi,  80-82).
Lut peyğəmbər xalqını tam aşkar həqiqətə səsləyirdi və onları aydın rəmzlərlə xəbərdar edirdi, ancaq xalq heç bir tədbir görməyərək buna əhəmiyyət vermirdi. Luta və onlar üçün hazırlanmış cəzalara gülərək şərəfsizlikdə və namussuzluqda israr edirdi:
“Lut bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətənmi siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz?” Tayfasının cavabı ancaq: “Əgər doğrudanışanlardansansa, bizə Allahın əzabını gətir!” - deməkdən ibarət oldu” (“Ənkəbut” surəsi, 28-29).
Xalqından bu cür cavab eşidən Lut peyğəmbər Allahdan kömək diləyirdi:
“Lut: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” - dedi” (“Ənkəbut” surəsi, 29/30).
“Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü işdən qurtar!” (“Şuəra” surəsi, 26/169).
                            Allah  Lutun dualarına kişi şəkilli iki mələk göndərir. Onlar Lutun yanına gəlməzdən əvvəl İbrahimə baş çəkirlər. Elçilər İbrahimə onun sonsuz və yaşlı  arvadının doğacağı uşaq, həmçinin öz əsas missiyaları - bütün sərhədləri aşan Lut  xalqının ölümə məhkum edilməsi haqda xəbər verirlər.
                            “Sonra  İbrahim dedi: “Ey elçilər!  Sizin işiniz nədir?” Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik.  Onların başına gildən  daşlar yağdırmaq üçün gəlmişik.  Həddi aşanlar üçün sənin Rəbbinin  dərgahında xüsusi nişan  qoyulmuşdur!” (“Zariyat” surəsi,  51/31-34).
                            “Yalnız  Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik!  Ancaq zövcəsi istisna olmaqla! Qət etdik ki, o, əzaba uğrayanlarnı içində qalanlardan olacaqdır!” (“Hicr” surəsi, 15/59-60).
                            Elçi-mələklər İbrahimi tərk edərək Lut peyğəmbərin yanına gəldilər. O, əvvəlcə onları  tanımadı və çox həyəcanlandı, onlarla danışdıqdan sonra isə sakitləşdi:
                            “Elçilərimiz Lutun yanına gəldikləri  zaman əndişəyə  düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi (“Hud” surəsi, 11/77).
                            “Lut  dedi: “Siz yad adamlarsınız!” Belə  cavab verdilər: “Xeyr, biz sənin yanına onların şübhə etdikləri  şeylə gəlmişik! Biz sənə  doğru xəbər gətirmişik.  Biz, həqiqətən,  doğrudanışanlarıq! Gecənin  bir vaxtı ailəni yola çıxart, sən özün də  onların arxasınca get. Sizdən  heç kəs dönüb geri baxmasın. Sizə əmr  olunan yerə gedin!” Və ona vəhy  etdik ki, səhər çağı onların kökü kəsilmiş olacaq” (“Hicr” surəsi, 15/62-66).
                            Bu  zaman Lutun qonaqları haqqında xəbər bir anda şəhərə yayıldı. Əxlaqsız xalq bu qonaqlara dəyişməz fikirləri ilə yaxınlaşmaqdan  çəkinmədi və Lutun evini əhatəyə aldı. Xalqın  niyyətindən narahat olan və öz qonaqları qarşısında eyibdən qorxan peyğəmbər xalqını səsləndi:
                            “Lut  dedi: “Bunlar mənim  qonaqlarımdır. Məni  rüsvay etməyin! Allahdan qorxun və məni  xar etməyin!” (“Hicr” surəsi, 15/68-69).
                            “Onlar:  “Məgər biz sənə adamları qadağan etmədikmi?” - deyə soruşdular” (“Hicr” surəsi, 15/70).
                            Lut  qonaqlarına dəyəcək xətərdən narahat olaraq və xalqını sakitləşdirmək üçün əlindən gələn hər şeyi edərək ürəklərdə səsləndi:
                            “Lut  dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud   möhkəm bir arxaya söykənəydim!”  (“Hud” surəsi, 11/80).
                            Qonaqlar  isə Allah elçiləri olduqlarını  bildirərək ona dedilər:
                            “(Elçilər) dedilər:  “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər.  Gecənin bir vaxtında ailənlə  birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə  övrətin istisnadır. Onlara  toxunacaq əzab övrətinə  də toxunacaqdır. Onların vaxtı  səhərdir. Səhər yaxın deyilmi?”” (“Hud” surəsi, 11/81).
                            Şəhər sakinlərinin iyrəncliyinin və alçaqlığının həddini aşdığını  görən Allah Luta səhər ikən ona şəhəri tərk etməyi və heç bir halda  şəhərə tərəf dönməməyi əmr edən mələklər göndərməklə Lutu xilas  etdi. Səhər isə Lut peyğəmbərin xalqını xəbərdar etdiyi cəza baş verdi:
“Cəlalıma and olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!” dedik. And olsun ki, səhər tezdən onları əbədi bir əzab yaxaladı” (“Qəmər” surəsi, 54/37-38).
                            Allahın  yolunu azmış xalqa yönələn qəzəbi Quranda belə təsvir  edilir:     
                            “Şəfəq  doğanda o dəhşətli səs  onları bürüdü. Onların altını-üstünu çevirdik və başlarına odda bişmiş gildən bərk  daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə  ibrətlər vardır! Həqiqətən,  o yolun üstündə hələ  də durmaqdadır!” (“Hicr” surəsi, 15/73-76).
                            “Əmrimiz gəldiyi  zaman o yurdun altını üstünə  çevirdik və üzərinə  odda bişmiş bərk daşlar yağdırdıq. Onlara  Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O zalimlərdən  də uzaq deyildir!” (“Hud” surəsi, 11/82-83).
                            “Sonra  da o biriləri məhv edib kökünü kəsdik. Onların üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən,  sənin Rəbbin yenilməz  qüvvət, mərhəmət sahibidir!” (“Şuəra” surəsi,  26/172-175).
                            Xalq  məhv edildi, Lut  və bəzi möminlərsə xilas oldular.  Lutun xanımı da öldü, çünki o da Rəbbdən imtina edənlərin sırasında idi:
                            “Biz  onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak  oldu. Onların üstünə  yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!” (“Əraf”  surəsi, 7/83-84).
                            Lut  peyğəmbər, xanımını çıxmaq şərti ilə onun ailəsi və möminlər bu cür xilas oldular. Əhdi-ətiq xəbər verir ki, Lut  İbrahim peyğəmbərin yanına getdi, yolunu azmış xalq isə yer üzündən silindi.
Lut gölünün “aydın əlamətləri”
Allah Lut xalqının başına gəlmiş cəza haqda Quranda belə bəhs edir: “Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq” (“Hud” surəsi, 11/82). Ayənin əvvəlində işlədilmiş “altı üst etmək” ifadəsi bəlkə şəhərin yer üzündən güclü zəlzələ ilə silinməsi deməkdir. Hadisələr özündə burada baş verənlərin “aydın əlamətlər”ini dəqiq şəkildə saxlayan Lut gölü rayonunda baş verirdi. Alman arxeoloqu Verner Keller bu haqda belə deyir:
                            “Bir  vaxt bu rayonda özünü büruzə verən böyük çöküntü zamanı burada şimşəklərlə, təbii qaz  partlayışları və yanğınlarla müşayiət edilən dəhşətli zəlzələ baş verdi və Siddim dərəsi Lut xalqının  şəhərləri ilə birlikdə yerin altına  çökdü”.

                            Lut  gölü və ya Ölü dəniz fəal seysmik zonanın episentrində yerləşir:
                            “Ölü  dənizin dibi Rift  dərəsi adlanan  tektonik mənşəli çökəkdə yerləşir. Bu dərə Bəhr-Təbariyə (Tiveriad gölü) gölünün şimalından cənubda Arabah dərəsinin ortasına  qədər uzanan üç yüz  kilometrlik zonada əsas yer tutur”.
                            Ayədə təsvir edilən “üzərinə bişmiş bərk daşlar  yağdırdıq” hadisə Lut gölü sahilində baş vermiş  vulkan partlayışından və bunun nəticəsində qaya və daş parçalarının göyə qalxmasından  başqa bir şey deyil.
                            Quranda  bu hadisə belə təsvir edilir: 
                            “Onların  üstünə bir yağış yağdırdıq.  Qorxudulanların yağışı nə  yaman yağışdır!” (“Şuəra”  surəsi, 26/173)
                            Verner  Kellerin daha bir müşahidəsi:
                            “Yer  qabığının çökməsi bu zəlzələ zamanı yer qabığı altında yatan vulkanları azad etdi. İordan çayının  yuxarı dərəsində bu gün də sönmüş kraterləri görmək olar; burada əhəngdaşı  laylarının üstündə donmuş lavaların və bazalt təbəqələrinin böyük  kütlələri yerləşir”.
                            Yerdə məhz massiv lava  və bazalt  qatlarının olması burada vulkanik partlayış və zəlzələnin olmasının ən aşkar  sübutudur. Quranda təsvir edilən “üzərinə odda bişmiş bərk daşlar  yağdırdıq” hadisəsi çox güman ki, bu vulkanik partlayışın təsviridir. Elə həmin ayədə sonrakı hadisə haqda deyilən “Əmrimiz gəldiyi zaman o  yurdun altını üstünə çevirdik” ifadəsi Rift dərəsində vulkan püskürməsinin ardınca gələn tektonik mənşəli zəlzələ və bunun ardınca  gələn yer qabığı  hissəsinin çatları olmalıdır.
                            Lut  gölünün özündə daşıdığı “aşkar əlamətlər” həqiqətən çox informativdir. Quranda adı çəkilən hadisələr Yaxın Şərq, Ərəbistan  yarımadası və Misir regionunda baş verirdi. Lut gölü bu ərazinin düz mərkəzində yerləşir. Lut gölü həmçinin həm tarixi, həm də geoloji  nöqteyi-nəzərdən xüsusi diqqət cəlb edir. Göl Aralıq dənizi səviyyəsindən 400 metr  aşağıda yerləşir, gölün ən dərin nöqtəsinin 400 metr dərinliyində yerləşdiyini nəzərə alsaq, bu  gölün dibi Aralıq dənizi səviyyəsindən 800 metr aşağıda yerləşir. Bu isə Yer kürəsinin ən aşağı nöqtəsidir.
                            Yerin  digər regionlarında  bu ölçü yüz metri keçmir. Lut gölü suyunda 30 faizə çatan duzun  yüksək qatılıq dərəcəsi ilə də fərqlənir. Buna görə də göldə heç bir canlı orqanizm yaşamır, bu isə bir sıra Qərb dillərində “Dead Sea”  (Ölü dəniz) kimi adlanan Lut gölünün adlarından birini izah edir.
                            Lut  xalqının başına gələn təbii fəlakət arxeoloqların gümanına görə, e.ə. 1800-cü illərdə baş verib.  Alman alimi Verner Keller arxeoloji və geoloji tədqiqatların nəticələrinə arxalanaraq izah edir ki, Sodom və Homorra şəhərləri Lut gölünün ən cənub nöqtəsində - Siddim dərəsi adlanan yerdə yerləşirdilər və bir vaxtlar  burada iri məskunlaşma rayonları var idi.
                            Ən maraqlısı  odur ki, Lut gölünün quruluşu bu hadisənin necə baş verməsini təsdiqləyir.
                            “Lut  gölünün şərq hissəsində yarımada əmələ gətirən və dili xatırladan quru hissə gölün ortasına  gedir. Ərəblər bu hissəni “əl-Lisan”, yəni “dil” adlandırıblar. Burada gölün dibində gölü sanki iki  yerə bölən, ancaq kənardan gözə görünməyən kəskin çat  (yarıq) keçir. Gölün yarımadanın sağ tərəfindəki dərinliyi 400 metr təşkil edərkən sol tərəfi qəribə şəkildə kiçikdir. Son  zamanlar aparılan ölçmələr göstərir ki, bu yerdə dərinlik ancaq  15-20 metrə çatır. Müəyyən edildiyi kimi, dərin olmayan bu  hissə adıçəkilən zəlzələnin və onun yaratdığı massiv çöküntünün nəticəsində gölün özündən sonra əmələ gəlib. Keçmişdə Sodom və Homorra şəhərlərinin yerləşdiyi ərazi elə budur, yəni Lut peyğəmbər xalqının  yaşadığı yer. 
                            Bir  vaxtlar buradan qarşı sahilə piyada getmək olardı. Keçmişdə Siddim dərəsində yerləşən Sodom və Homorra şəhərləri indi Ölü dəniz sularının  altında gizləniblər.
                            Bu  yerdə e.ə. təxminən 2000-ci ildə baş vermiş dağıdıcı zəlzələ nəticəsində dənizin dibinin  çökməsi şimaldan gələrək sonralar əmələ gəlmiş boşluqları dolduran duzlu suların axınına səbəb olub”.
                            Lut  xalqının sivilizasiyasının izləri bu gün də görünür. Lut gölünün bu aşağı hissəsində qayıqla gəzinti zamanı  aydın gündə, günəş şüaları su səthindən müvafiq bucaq altında əks ediləndə insan qəribə panorama ilə qarşılaşır.
                            Sahildən bir az  aralıda gölün duzları ilə son dərəcə bol-bol “konservləşdirilmiş”  ağaclar görünür. Su altında yaşıl görünən ağac  budaqları və gövdələri əslində çox nazik və kövrəkdir. Bir zamanlar bu ağacların çiçəklədiyi və ərazini qalın  yarpaqlar arxasında görünməz edən bu yer məhz Siddim dərəsi - bu diyarın təbiətinin gözəl guşəsidir.

Lut xalqının yaşadığı yerdə zəlzələyə səbəb olan fiziki proseslər geoloqların apardığı tədqiqatlardan aydın olur. Onlar belə nəticəyə gəlir ki, Lut xalqını məhv edən bu fəlakət Iordan çayının yatağını təşkil edən və 190 km uzunluğu olan, ümumiyyətlə, 180 metr səviyyədən aşağı enən ərazidə yer qabığının yarılması nəticəsində baş verib.
                            Bu  fakt və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağıda yerləşməsi burada bir  zamanlar bir geoloji-tektonik kataklizmin baş verməsinin ən vacib  sübutlarından biridir.
                            Lut  gölünün və Iordan çayının bu qəribə quruluşu Yer kürəsinin bu  rayonundan keçən çatın və ya sınığın yalnız kiçik hissəsindən ibarətdir. Geoloqlar  bu çatın vəziyyətini və uzunluğunu bu yaxınlarda müəyyən ediblər.
                            Tavra  dağının ətəklərindən başlayan bu çat Lut gölünün cənub sahilindən və Ərəbistan səhrasından keçir, oradan Əkəb körfəzinə çatır və Qırmızı dənizdən keçərək Afrikada  yolunu bitirir. Bu çatın uzunluğu boyunca güclü vulkanik hərəkətlərin olması məlumdur.  İsrailin Qaliley dağlarında, İordaniyanın uca dağlı yaylarında, Əkəb körfəzində və yaxınlıqda  yerləşən başqa rayonlarda donmuş lavaya və ya qara  bazaltın daşlaşmış qalıqlarına rast gəlmək olar.
                            Yer  quruluşunun bütün bu qalıqları və geoloji xüsusiyyətləri Lut gölündə iri  geoloji-tektonik hadisənin baş verməsinin reallığını sübut edir. Alman arxeoloqu və tarixçisi  Verner Keller bu haqda belə yazır:
                            “Bir  zamanlar bu rayonda özünü büruzə verən iri çöküntü zamanı burada şimşəklə, təbii qazların  partlayışı və yanğınlarla müşayiət edilən qorxulu zəlzələ baş verib və Siddim dərəsi Lut xalqının şəhərləri ilə birlikdə yerin dibinə çöküb. Bu zəlzələ zamanı Yer  qabığının çökməsi Yer qabığı altda yatan vulkanları azad etdi. İordan çayının üst dərəsində bu gün də sönmüş kraterləri görmək olar: burada əhəngdaşı  laylarının üstündə çoxlu iri donmuş lava və bazalt təbəqələri yerləşir”.
                            “National  Geographic” jurnalının 1957-ci il dekabr nömrəsində bu Bibliya  süjetinə həsr edilmiş məqalələr silsiləsində xəbər verilirdi:
                            “Sodom  yüksəkliyi Ölü dəniz istiqamətində qalxır. İndiyə qədər heç kəs itmiş Sodom və Homorra şəhərlərini tapa bilməyib, ancaq  alimlərin fikrincə, bu şəhərlər hələ də qayalıq sahili ilə üzbəüz yerləşən Siddim dərəsində dururlar. Çox  güman ki, onlar zəlzələdən sonra Ölü dənizin gur suları altında qalıblar”.
Pompeyin aqibəti
Quran bizə bildirir ki, Allah-Təalanın göndərdiyi əmrlər dəyişməzdir:
                            “Özlərinə  qorxudan bir peyğəmbər gələcəyi  təqdirdə hər  hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə  Allaha çox möhkəm  and içmişdilər. Amma onlara belə bir peyğəmbər gəldikdə bu ancaq onların nifrətini artırdı. Yer üzündə təkəbbür göstərmələri  və pis əməlləri ucbatından idi. Pis əməl  ancaq onun öz sahibinin başında çatlayar. Məgər  onlar Allahın adəti  üzrə əvvəlkilərin düçar olduqları müsibətlərimi  gözləyirlər? Sən  Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!” (“Fatir” surəsi, 35/42-43).
                          Allahın  qanunlarında özünü görməməzliyə vurma, üzgörənlik etmə yoxdur, Onun əmrlərinə etinasızlıq edən hər bir kəs cəzalandırılacaq.  Pompey şəhəri seksual pozğunluqlar və iyrəncliklər içində batan Roma imperiyasının mənəvi-əxlaqi süqutunun  ümumi rəmzidir. Pompeyin məhv olmasının tarixi Lut xalqının aqibəti ilə xeyli ümumi  xüsusiyyətlərə malikdir.
                            Vezuvi  vulkanının püskürməsi Pompey fəlakətinə səbəb oldu. Neapolun yaxınlığında yerləşən bu vulkan  Italiyanın rəmzidir. Artıq 2000 il ərzində yatan Vezuvi boş yerə “İbrət dağı”  adlandırılmır.
                            Öz  kədərli aqibəti ilə məşhur olan Sodom  və Homorranın  başına gələn bu fəlakətin Pompey hadisəsi ilə çox oxşarlığı var.
                            Vezuvinin  qərb yamacında  Neapol, şərq yamacında isə Pompey şəhəri yerləşir. Təxminən 2000 il əvvəl baş vermiş vulkan püskürməsi şəhəri bir anda məhv etdi. Pompeyə yönələn lava və kül selləri şəhər sakinlərini bir anda  yaxaladı. Şəhərin fəlakətli şəkildə məhv olması o qədər ani şəkildə baş verdi ki, bütün sakinlər vulkan süxuru  qalıqları altında təbii pozalarda saxlanırlar və hər şey olduğu  kimi elə qalıb ki, sanki iki min il əvvəl zaman qəfildən dayanıbmış.
                            Pompeyi  bu şəkildə məhv edən Allahın qəzəbinin ciddi səbəbləri var idi. Tarixi sənədlər dəlalət edir ki, şəhər fəlakətdən əvvəl əxlaqsızlığın və pozğunluğun əsl mərkəzi idi. Şəhərin fərqləndirici  xüsusiyyəti fahişəliyin son dərəcə yüksək səviyyəsi idi. Şəhərdə fahişəxanaların sayı o qədər çox idi ki, hətta Pompeyin  sakinləri belə onların minlərlə hesablanan sayı haqda dəqiq məlumat verə bilmirdilər. Bordellərin qapılarında  kişi cinsi orqanının tam həcmdə rəmzləşdirən heykəlcikləri asılırdı. Mitraizm ayininə istinad edən Pimpey sakinləri arasında  yayılmış adətə görə, cinsi orqanlar və cinsi akt kimi bu cür xüsusiyyətlər mütləq açıq nümayiş  etdirilməli idi.
Vezuvidən axan qızmar lava şəhəri bir anda yer üzündən sildi. Bir fakt maraqlıdır ki, qorxulu gurultu və vulkan partlamasına baxmayaraq heç kəs baş verənin mahiyyətini anlaya və qaça bilmədi, sanki hər kəs tilsimlənmişdi. Arxeoloqlar faciə vaxtı süfrə arxasında oturmuş və heç bir dəyişikliyə məruz qalmadan daşlaşmış ailənin qalıqlarını aşkar ediblər. Cinsi əlaqə zamanı bir anda donmuş xeyli cütlərin qalıqlarına da rast gəlinirdi. Ən möcüzəli odur ki, bu cütlər arasında təkcə homoseksuallar deyil, uşaqlar da vardı. Qazıntılar zamanı çıxarılmış bəzin insanların sifətlərinin ifadəsi belə dəyişməmişdir. Onların üzündə bir qayda olaraq çaxnaşma və çaşqınlıq ifadə olunurdu.
                            Fəlakətin ən izah edilməyən vəziyyəti məhz burada gizlənib. Necə olub ki, minlərlə insan heç nə görməyərək və eşitməyərək, xilas olmaq  üçün heç bir tədbir görməyərək sakitcə ölümün gəlişini gözləyirdi?
                            Bu  amil Pompeyin yoxa çıxmasından əvvəlki real hadisələrlə bizim diqqətimizi bütöv  bir şəhərin bir anda itməsinə yönəldən Quran təsvirləri arasındakı oxşarlığı göstərir. Məsələn, “Yasin” surəsində bir anda həlak olmuş “kəndin yiyələri” haqda bəhs edilir. Bu  surənin 29-cu ayəsində hadisə haqda belə deyilir:
                            “Onların  cəzası ancaq dəhşətli  bir səs oldu. Dərhal məhv  olub getdilər” (“Yasin” surəsi, 36/29).
                            “Qəmər” surəsinin 31-ci ayəsində səmudyanların  ölümündən bəhs edilir və bu ayədə də xalqın ani ölümü xatırlanır:
                            “Biz  onlara bircə dəhşətli  səs göndərdik, dərhal  ağıl düzəldənin istifadə  etdiyi quru ota döndülər”  (“Qəmər” surəsi,  54/31).
                            Arxeoloji  qazıntılar zamanı əldə olunan faktlar sübut edir ki, Pompey sakinləri eynilə Qurani-Kərimdə deyildiyi  kimi, bir anda qırılıblar.
                            Ancaq  onlar Allahın bütün xəbərdarlıqlarına baxmadılar və Allah-Təalanın qəzəbi əxlaqsız Pompey  sakinlərini məhv etdi ki, bu, gələcək nəsillərə ibrət olsun. Keçmiş Pompeyin yerində yaşayan  insanların həyat tərzi Allahın qəzəbinə səbəb olan bu şəraitdən çox az fərqlənir. Pompey xarabalığının yaxınlığında yerləşən Kapri adası  bu gün homoseksualların, lesbiyanların və nudistlərin bir növ  istirahət paytaxtıdır, turist reklamı hamını bu “homoseksuallar cənnətini” ziyarət etməyə səsləyir. İnsanların  həyat tərzində heç nə dəyişməyib, onları yenə də öz iyrəncliklərinə və əxlaqsızlıqlarına  israrla davam edirlər. Bunlar təkcə İtaliyada və ya Kapri adasında baş vermir. Mənəvi degenerasiya  müasir aləmdə hər yerdə müşahidə edilir, insanlar keçmiş xalqların başına gələn faciəni təəssüf ki,  xatırlamaq istəmirlər. 







