Peyğəmbərlərin qissələri
- Hz. İbrahimin həyatı
- Hz. Süleyman və Səba məlikəsi
- Lut qövmü və alt-üst olan şəhər
- Nuh tufanı
- Səmud qövmü
Quran möcüzələri
Xalqların həlakı

"Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi vəətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. Dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 27/44).

Cənubi Yəməndəki qədim Səba çarlığının ərazisində aparılan arxeoloji qazıntılar zamanı Süleyman peyğəmbərin və Səba hökmdarının görüşü haqda tarixi qeydlər aşkar edilmişdir. Tapılmış saray xarabalıqlarının öyrənilməsi göstərdi ki, eramızdan əvvəl təxminən 1000-950-ci illərdə məhz burada şimala (Əl-Qüdsə, yəni Yerusəlimə) səfər edən qadın hökmdar yaşayırdı.
                          İki  hökmdarın görüşü, onların idarə etdiyi ölkələrin iqtisadi və siyasi gücü, həmçinin digər tarixi təfsilatlar haqda  Qurani-Kərimin "Nəml" surəsində xəbər verilir. Surənin xeyli hissəsini tutan  hekayə ondan başlayır ki, Süleymanın ordusundakı Hüd-hüd quşu peyğəmbərə Səba qadın  hökmdarı haqda xəbər gətirir:
                              "Bir azdan gəlib dedi: "Sənin  bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən  onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilmişdir. Onun çox  böyük bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş  etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan  sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan  olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən  Allaha səcdə etməsinlər deyə şeytan belə etmişdir. O böyük ərşin Rəbbi olan  Allahdan başqa heç bir tanrı yoxdur!" Dedi: "Baxaq görək doğru  deyirsən, yoxsa yalançısan!"" ("Nəml" surəsi, 27/22-27).
                              Bundan sonra Süleyman  peyğəmbər ona buyurur:
                              "Mənim bu məktubumu aparıb onlara at, sonra  yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəkdir!"  ("Nəml" surəsi, 27/28).
                              Sonra Quranda çariçanın  naməni aldıqdan sonra baş verən hadisələr təsvir edilir:
                              "Dedi: "Ey əyanlar! Mənə çox hörmətli  bir məktub göndərildi. O məktub Süleymandandır və o  "Bismillahir-rəhmanir-rəhim"lədir. "Mənə qarşı təkəbbür  göstərməyin və yanıma müti olaraq gəlin! Dedi: "Ey əyanlar! Bu iş  barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən  deyiləm!" Onlar  dedilər: "Biz  böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün  bax!" Dedi: "Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara  çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər.  Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!  Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım  edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz  hədiyyələrinizlə sevinirsiniz. Durma, onların yanına qayıt! And olsun ki,  gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və  xar vəziyyətdə çıxardarıq!" Dedi: "Ey əyanlar! Onlar müti vəziyyətdə  yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?" Cinlərdən olan bir  ifrit dedi: "Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi  görməyə çox qüvvətliyəm, etibarlıyam! Kitabdan bir qədər xəbəri olan birisi  dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Onu yanında hazır  durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi  üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız  özü üçün şükr edər; kim  nankor olsa,  həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!" Süleyman dedi:  "Taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yox?!" Gəldikdə  ona: "Taxtın bu cürdürmü?" - deyildi. O da: "Sanki odur!" -  deyə cavab verdi. "Bizə ondan daha öncə elm verilmiş və biz müsəlman  olmuşuq!" Allahdan başqasına ibadət etməyi o qadına Allaha  ibadət etməyə mane olmuşdu! Çünki o, kafir bir tayfadan idi. Ona belə deyildi:  "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir -gölməçə hesab etdi  və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi.  Dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin  Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi,  27/29-44).
Süleyman peyğəmbərin sarayı
 
                          

Səba çariçasından bəhs  edən Quran ayələrində Süleyman peyğəmbər, onun gücü və gözəl sarayı haqda da  danışılır.
                              Biz öyrənirik ki,  Süleyman peyğəmbərin sarayı o dövrün ən qabaqcıl texnologiyaları əsasında  tikilib, nadir incəsənət əsərləri ilə bəzədilib, sarayın döşəməsi isə təmiz  büllurdan işlənib.
                          Bu tikintinin  cah-cəlalı və onun Səba çariçasında yaratdığı təəssürat Quranda bu cür təsvir  edilib:
                              "Ona belə deyildi: "Saraya daxil  ol!" sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı.  O: "Bu büllurdan tikilmiş bir  saraydır!" - dedi. Dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən  artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!""  ("Nəml" surəsi, 27/44).
                              Süleymanın  sarayı yəhudi mənbələrində "Solomonun məbədi" kimi tanınır. Sarayın və ya məbədin yeganə bütöv hissəsi yəhudilərin "Fəryad  divarı" adlandırdığı qərb divarıdır. Süleymanın sarayının və Əl-Qüdsdə bir çox yerlərin  dağılmasının səbəbi yəhudilərin hər yerdə yaydığı fitnə-fəsad və onların təkəbbürüdür. Quran bizə bu haqda belə xəbər verir:
                              "Biz İsrail oğullarına kitabda: "Siz  yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!" -  deyə bildirdik. Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü  qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar. Bu vəd  artıq yerinə yetirildi. Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq,  var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik.  Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci  fitnə-fəsadınızın vaxtı gəldikdə üzünüzü qara etmək, məscidə birinci dəfə  girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmək üçün  üstünüzə göndərdik" ("İsra" surəsi, 17/4-7).
Haqqında əvvəlki bölümlərdə bəhs edilən bütün xalqlar Allah-Təalanı təhqir etdiklərinə, Ona nifrin etdiklərinə, Onun bəxş etdiyi nemətlərin əvəzinə naşükürlük etdiklərinə görə ədalətli şəkildə cəzalandılar. Allah onları dəfələrlə xəbərdar etdi, peyğəmbərlər göndərdi, ancaq onların ürəklərində tövbənin və peşmançılığın əlaməti belə yox idi və bunun ardınca onlar gözlənilən mütləq cəzadan qaça bilmədilər. Vətənsiz və dövlətsiz halda bütün dünyanı dolaşan və Süleyman peyğəmbərin dövründə müqəddəs torpaqda məskunlaşan yəhudilər həddi aşdıqlarına, Uca Yaradanın əmr və buyruqlarını inkar etdiklərinə, fitnə və ədavət yaymağa başladıqlarına görə müflisləşdilər.







